AZ

Coy Lens Mikelsdən yubiley qolu

Coy Lens Mikels "Sabah"ın heyətində yubiley qolunu vurub.

Fanat.Az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Almaniyalı hücumçu Misli Premyer Liqasının XXVII turunda 70-ci dəfə fərqlənib.

O, "Zirə" ilə ev görüşündə (2:2) adını tabloya yazdırıb.

Mikels bu göstərici ilə "Sabah" tarixinin ən yaxşı bombardiridir. O, 70-ci qolunu 133-cü oyununda vurub. Forvardın orta məhsuldarlığı 0,53-ə bərabərdir.

Coy Lens bu qollardan 56-nı Premyer Liqada vurub. O, Azərbaycan kubokunda 6, Konfrans Liqasında 5, Avropa Liqasında 3 dəfə fərqlənib.

Qeyd edək ki, Mikels "Sabah"da ilk qolunu 2021-ci il sentyabrın 26-da "Neftçi" ilə çempionatdakı ev oyununda (1:2) vurub.

Seçilən
0
12
fanat.az

10Mənbələr