AZ

Ehsan, yoxsa xeyriyyəçilik Hansı daha çox savab qazandırır?

ain.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Samux rayonunda atasını itirən bir kənd sakininin fərqli addımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. O, ənənəvi ehsan mərasimi təşkil etmək əvəzinə, şəxsi vəsaiti hesabına kənddə uzun müddətdir bərbad vəziyyətdə olan küçələrə asfalt örtüyü çəkdirib. Bu təşəbbüslə həm atasının xatirəsini yad edib, həm də kənd sakinlərinin gündəlik həyatını xeyli asanlaşdırıb.

Sakinlər bu addımı yüksək qiymətləndirərək, belə təşəbbüslərin gələcəkdə də davamlı ənənəyə çevrilməsini arzuladıqlarını bildiriblər.

Bəs daha doğru yanaşma hansıdır? Dünyasını dəyişən şəxsin ruhuna ehsan vermək, yoxsa onun xatirəsini yaşatmaq üçün cəmiyyətə faydalı işlər görmək?

Araşdırmaçı jurnalist Rəsul Mirhəşimli Qaynarinfo-ya açıqlamasında bildirib ki, ənənəvi olaraq yas mərasimlərində və ehsan süfrələrində məqsəd mərhumun ruhuna dua etmək, onun xatirəsini yad etmək və ehtiyacı olanlara yardım göstərmək olub:

"İslam dinində ehsanın əsas hikməti də məhz bundadır. Paylaşmaq, ehtiyac sahibinə əl tutmaq, savab qazanmaq və mərhumun ruhuna xeyir çatdırmaq dinimizin öyrətmək istədiyi əsas anlayışlardandır. Ehsan özünü göstərmək, lovğalıq vasitəsi deyil, səmimiyyət və xeyirxahlıq əməlinin təzahürüdür. Lakin zamanla bu ənənə bəzi hallarda mahiyyətindən uzaqlaşaraq, israf və göstəriş elementləri ilə yüklənib. Halbuki, İslam israfı qəti şəkildə qadağan edir. Qurani-Kərimdə israf edənlərin "şeytanın qardaşları” olduğu açıq şəkildə bəyan edilir. Bu ifadə israfın nə qədər ciddi və mənfi bir əməl olduğunu göstərir. Təəssüf ki, bu gün bəzi yas məclislərində süfrələrin həddindən artıq zəngin qurulması, insanların imkanlarını aşan xərcl

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
qaynarinfo.az

1Mənbələr