AZ

NİİM nəqliyyat vasitələrini yolun hərəkət hissəsində saxlayan sürücülərə müraciət edib

Bakı, 13 aprel, AZƏRTAC

Aprelin 12-si gecə saatlarında paytaxtın Suraxanı rayonu, Zığ şosesində baş verən yol-nəqliyyat hadisəsi sükan arxasında olarkən diqqətli olmağın və zəruri təhlükəsizlik tədbirləri görməyin nə qədər önəmli olduğunu göstərir.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatına görə, nəqliyyat vasitəsi hər hansı səbəbdən yolun hərəkət hissəsində məcburi dayandığı zaman qəza dayanma işıq siqnalı yandırılmalı və nəqliyyat vasitəsinin arxasında ən azı 30 metr məsafədə xüsusi nişan yerləşdirilməlidir.

“Hər dəfə deyildiyi kimi, sürücülər yollarda diqqəti yayındıracaq vasitələrdən istifadə etməməli, xüsusilə də sutkanın qaranlıq vaxtı bu məsələyə daha məsuliyyətlə yanaşmalı və qaydalara əməl etməlidirlər”, - deyə məlumatda vurğulanıb.

Seçilən
29
4
azertag.az

7Mənbələr