AZ

Balakəndə intensiv yağışlar fəsadlara səbəb olub - FOTO

Balakən rayonunda intensiv yağışlar fəsadlara səbəb olub.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, son günlər ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür. Bölgənin yüksək dağlıq ərazilərində sulu qar və qar, düzənlik ərazilərinə isə intensiv yağışlar müşahidə olunur. Ötən gün axşam saatlarından başlayaraq Balakən və Zaqatala rayonlarına yağan intensiv yağışlar çaylarda suyun səviyyəsi artırıb. Leysan xarakterli yağışlar səbəbindən Balakənin Meşəşambul kəndində 30-a yaxın evin həyətyanı sahəsi yağış suları ilə dolub. Sakinlər yaranmış vəziyyətlə bağlı aidiyyəti qrumlara müraciət ediblər.
Bölgədə qeyri-sabit hava şəraiti davam edir.

Balakəndə Balakəndə Balakəndə Balakəndə Balakəndə Balakəndə Balakəndə Balakəndə Balakəndə Balakəndə Balakəndə Balakəndə Balakəndə Balakəndə
Seçilən
5
6
apa.az

8Mənbələr