AZ

Lavrov sabah Çinə səfər edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 14-də Çinə səfər edəcək.

Missiya.Az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, Lavrov Pekində Çinin xarici işlər naziri Vanq Yi ilə danışıqlar aparacaq.

Qeyd olunub ki, söhbət zamanı diplomatlar arasında ikitərəfli əməkdaşlıq, eləcə də beynəlxalq və regional məsələlər müzakirə olunacaq.

Məlumata görə, tərəflər həmçinin Ukrayna münaqişəsinin nizamlanması və Yaxın Şərqdəki vəziyyətlə bağlı fikir mübadiləsi də aparacaqlar.

Daşqın HəsənovMissiya.Az

Seçilən
27
9
missiya.az

10Mənbələr