AZ

“Magyar”ın adı necə yazılmalıdır? - Rəşad Məciddən paylaşım

Yazıçı və media nümayəndəsi Rəşad Məcid sosial şəbəkə hesabında Peter Magyarın adının Azərbaycan dilində düzgün yazılışı ilə bağlı paylaşım edib.

News365.az xəbər verir ki, O qeyd edib ki, macar dilində “gy” səsi Azərbaycan dilində “c” səsinə yaxın tələffüz olunur və bu baxımdan adın “Peter Macar” kimi yazılması daha düzgün variant sayıla bilər.

Rəşad Məcid əlavə edib ki, əks halda məntiqi ardıcıllıq pozular və bu yanaşma daha geniş səhvlərə yol aça bilər:

“Əks halda gərək ‘Magyar’ı ‘Macar’, ‘Macarıstan’ı isə ‘Magyarıstan’ yazaq.”

Mövzu sosial şəbəkələrdə müzakirələrə səbəb olub və adların transliterasiyası məsələsini yenidən gündəmə gətirib.

Seçilən
12
news365.az

1Mənbələr