AZ

Qadın 7 yaşlı uşağı ilə qar uçqununun altında qaldı – VİDEO

Dağıstanın Tsuntin rayonunun Şaytli kəndində qar uçqunu bir neçə yaşayış evinin üzərinə düşüb.

Bizim.Media xəbər verir ki, Rusiya KİV-inin yaydığı məlumata görə, uçqun nəticəsində qadın və 7 yaşlı uşaq qar altında qalıb. 

Hadisə yerinə xilasedicilər cəlb olunub.

İlkin məlumata əsasən, qar uçqunu səhər saatlarında baş verib və iki yaşayış evini örtüb. Hazırda axtarış-xilasetmə işləri aparılır. Prokurorluq da hadisəni nəzarətə götürüb.


Bizim.Media

Seçilən
20
1
bizim.media

2Mənbələr