AZ

Bu il 45 audit planlaşdırılıb – Hesablama Palatası

Bakı. Trend:

2026-cı ildə 45 audit planlaşdırılıb, o cümlədən təhsil, səhiyyəmüəssisələri, Qarabağ və su təsərrüfatında investisiya layihələri,dövlət satınalmaları, məqsədli büdcə fondları, büdcədənkənar dövlətfondlarından Dövlət Sosial Müdafiə Fondu (DSMF) və İşsizlikdənSığorta Fondunun (İSF) gəlir və xərcləri, bəzi beynəlxalq tədbirlərüzrə auditinin keçirilməsi nəzərdə tutulub.

Trend xəbərverir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov MilliMəclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsininbugünkü iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyətihaqqında hesabatının müzakirəsi zamanı deyib.

Sədr eyni zamanda rəqəmsallaşma ilə bağlı fəaliyyət planlarındanda bəhs edib: “Müasir dövrdə dövlət auditi rəqəmsallaşmaistiqamətində sürətlə inkişaf edir. Son dövrdə ölkəmizdə rəqəmsalinkişaf, süni intellektlə bağlı strateji sənədlərin təsdiq olunmasıda bu sahəyə xüsusi diqqəti tələb edir.
Hesablama Palatası beynəlxalq təcrübəyə uyğun olaraq bu sahədəilkin addımlar atmışdır. Ötən il rəqəmsal audit sistemininqurulmasına başlamışıq.

İnformasiya sistemi qanunvericiliklə müəyyən edilmişhesabatların və məlumatların mübadiləsi, emalı, verilənlərinssenarilər əsasında təhlili vasitəsilə maliyyə nəzarətinin və büdcəprosesində iştirakdan irəli gələn fəaliyyətin təşkilininsəmərəliliyini artıracaqdır. İlkin mərhələdə artıq bəzi işlərihəyata keçirmişik. Bura aşağıdakılar aiddir: 1. Əsas texnolojiplatformanın yaradılması; 2. Hökumət buludunda yerləşdirilməsi; 3.Hesabat və məlumatların əldə edilməsi; 4. Standartlaşdırılmış vahidyanaşma; 5. Vahid Giriş Sistemi və elektron imza ilə təsdiq”.

V. Gülməmmədov cari ildə nəzərdə tutulan işlərlə bağlı isəbunları qeyd edib:

“Risk/analitik modulun tətbiqi (120-dən çox meyar əsasındaqiymətlədnirmələrin aparılması və qurumlara nəticələrin təqdimedilməsi; Məlumat əsaslı qərar qəbul edilməsinə yönəlmiş modelintətbiqi; Müxtəlif dövlət informasiya sistemlərinin məlumatlarınınmüvafiq sistemə inteqrasiyası (ötürülməsi) və vahid analitikmühitin yaradılması; Əldə olunan nəticələrin audit planlaşdırmasıvə risk qiymətləndirməsində istifadəsi.

Daha sonrakı mərhələ isə informasiya sistemin (DAİS-in)inkişafının audit prosesinin rəqəmsal mühitdə daha effektivtəşkilinə və auditin idarə olunmasının süni intellekt əsaslıyanaşmaya keçidinə yönəlmişdir. Məqsəd - audit prosesinin fizikiməkandan asılılığını azaltmaq, audit qrupları ilə audit olunanqurumlar arasında məlumat mübadiləsini əsasən elektron platformaüzərindən təmin etmək, audit sübutlarının sistemli şəkildə idarəolunmasını və audit prosesinin izlənilə bilən mühitdə aparılmasınıtəmin etməkdir”.

Məqalədə:
Seçilən
11
7
az.trend.az

9Mənbələr