AZ

Azərbaycanın bu il ixrac etdiyi qazın həcmi açıqlanıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 12,6 milyard kubmetr təbii qaz hasil edilib, bu da ötən ilin göstəricisinə bərabərdir.

Energetika Nazirliyindən FED.az biznes və maliyyə xəbərləri portalına verilən məlumata görə, hasil edilmiş qazın 3,5 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” blokunun, 6,9 milyard kubmetri “Şahdəniz”in, 0,4 milyard kubmetri “Abşeron” yatağının, 1,8 milyard kubmetri isə SOCAR-ın payına düşüb.

Məlumata əsasən, bu dövrdə xaricə qaz ixracı 6,5 milyard kubmetr təşkil edib, bu da 8,3% artım deməkdir.

“Bunun 3 milyard kubmetri Avropanın, 2,4 milyard kubmetri Türkiyənin (o cümlədən TANAP-la 1,5 milyard kubmetr), 0,8 milyard kubmetri Gürcüstanın, 0,3 milyard kubmetri isə Suriyayanın payına düşüb”, - məlumatda qeyd olunur.

Seçilən
9
24
fed.az

10Mənbələr