AZ

Ötən il dövlət satınalma müqavilələrinin təxminən 30%-i tam icra olunmayıb - Hesablama Palatası

Bakı. Trend:

Satınalmaların vaxtında keçirilməməsi ilə bağlı təhlil göstərirki, 2025-ci ildə də satınalmalar rüblər üzrə qeyri-bərabərpaylanıb, xüsusilə ilin son rüblərində (III və IV rüblər) cəmləşməmeyli müşahidə olunub.

Trend xəbərverir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov MilliMəclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsininbugünkü iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyətihaqqında hesabatının müzakirəsi zamanı deyib.

O bildirib ki, 2024-cü illə müqayisədə 2025-ci ildə nisbətənbalanslaşma müşahidə edilsə də, satınalmaların əsas hissəsi(təxminən 60%-i, o cümlədən 4-cü rüb 31,2%) yenə də ilin ikinciyarısında həyata keçirilib:

“2025-ci il ərzində müsabiqə əsaslı dövlət satınalmaları həyatakeçirmiş 1400-dən çox təşkilatın 900-dən çoxu (təxminən 64%-i)satınalma fəaliyyətinə yalnız ikinci rübdən etibarən başlayıb.Bununla yanaşı, təxminən 130 təşkilatın ilk satınalması 6-cı ayda,70-dən çox təşkilatın isə ilk satınalması 9-cu ayda baş verib.

Bağlanmış müqavilələrin tam icra olunmaması halı müəyyən edilib.Belə ki, qurumlar tərəfindən təqdim edilmiş məlumatların (müvafiqinformasiya sisteminə daxil edilən) ilkin təhlili göstərir ki,hesabat ilində təxminən müqavilələrin 30%-i tam icra icraolunmayıb”.

“Son illərdə dövlət satınalmaları sahəsində şəffaflığınartırılması və inzibatçılığın gücləndirilməsi sahəsində bir sıraislahatlar həyata keçirilib. Əvvəlki illərə nisbətən satınalmamədəniyyəti qismən formalaşıb. Elektron satınalmaların həcmindəəhəmiyyətli dəyişikliklər var.

Lakin audit nəticələri göstərir ki, yalnız proseslərinelektronlaşması problemi tam həll etmir. Satınalan təşkilatınfəaliyyəti də mövcud problemlərin həllinə kömək etməlidir”, - sədrqeyd edib.

Məqalədə:
Seçilən
15
2
az.trend.az

3Mənbələr