AZ

Pişik və itlər nə vaxt qocalır? yaş həddi AÇIQLANDI

Lent az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Vaxt çox tez keçir və bir zamanlar aktiv olan ev heyvanları tədricən daha çox diqqət və qayğı tələb etməyə başlayır. İtlərdə və pişiklərdə qocalma əlamətləri dərhal görünməyə bilər, lakin hər növ üçün təxmini yaş göstəriciləri mövcuddur. Ümumiyyətlə, ev heyvanlarının qocalması bir çox amillərdən asılıdır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, pişiklərdə qocalma adətən tədricən baş verir. Mütəxəssislərin fikrincə, əksər pişiklər təxminən 10 yaşında “yaşlı” hesab olunur və bu mərhələdən sonra onların sağlamlığına diqqət ikiqat artırılmalıdır.

Nələrə diqqət etmək lazımdır

Yuxu: heyvan əvvəlkindən daha çox yatır.

İştah: azala bilər və ya yeməyə qarşı seçicilik yarana bilər.

Davranış: əvvəl sevdiyi oyunlara maraq azalır, aktivlik zəifləyir.

Hərəkət: bədən dəyişikliklərinə görə hərəkətlər daha az çevik olur, yeriş dəyişir.

İtlər

İtlərdə qocalma prosesi pişiklərdən fərqli şəkildə gedir. Onların ömrünü və qocalma sürətini müəyyən edən əsas amil bədən ölçüsüdür. Cins nə qədər kiçikdirsə, it bir o qədər uzun müddət gənc və aktiv qalır.

Kiçik cins itlər adətən 10 yaşdan sonra “yaşlı” hesab olunur və uzun illər sahibini sevindirə bilir.

Böyük və nəhəng itlər isə daha tez qocalır və artıq 7 yaşdan etibarən xüsusi diqqət tələb edir, çünki onların orqanizmi daha intensiv işləyir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
lent.az

1Mənbələr