AZ

ABŞ və İsrailin hücumları nəticəsində İranda 942 məktəbə ziyan dəyib

İranda ABŞ və İsrailin həyata keçirdiyi hücumların nəticələri ilə bağlı yeni açıqlama yayıb.

Far.Az xəbər verir ki, fevralın 28-də başlayan hücumlar zamanı ölkə üzrə yüzlərlə təhsil müəssisəsi zərər görüb. Ümumilikdə 942 məktəbə ziyan dəyib, onlardan 18-i isə tamamilə dağılıb.

Bu barədə İran hökumətinin sözçüsü Fatma Mühacirani bildirib.

Zərər görmüş məktəblərin bərpası üçün təxminən 2-3 ay vaxt tələb olunduğu qeyd edilib. Rəsmi açıqlamada hücumların yalnız təhsil sahəsi ilə məhdudlaşmadığı da vurğulanıb.

Bildirilib ki, 100 min yaşayış evi, 20 min 500 ticarət obyekti və 339 səhiyyə müəssisəsi olmaqla ümumilikdə 125 min 640 mülki obyektə ziyan dəyib.

Seçilən
5
1
far.az

2Mənbələr