AZ

Netanyahu yeni xəritə yaydı Bu dövlətləri qara siyahı ya saldı

Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İsrailin baş naziri Benyamin Netanyahu Yaxın Şərq xəritəsi üzərində çıxış edərək regiondakı əsas rəqiblərini qırmızı rənglə göstərib.Modern.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə”nin məlumatında bildirilib.Netanyahunun “qara siyahı”sında İran, İraq, Suriya, Livan və Yəmən yer alır. Bu addım İsrailin həmin dövlətləri birbaşa təhlükə kimi gördüyünü göstərir.Netanyahu çıxışında son müharibədə İranın hərbi və elmi elitasına ağır zərbələr vurduqlarını qeyd edib. O, həmçinin İsrail qüvvələrinin Suriyada strateji mövqelərdə yerləşdiyini və regionda təsir dairəsini genişləndirdiyini vurğulayıb.Bu xəritə sosial mediada geniş müzakirələrə səbəb olub. Bəzi analitiklər bunu real hərbi eskalasiyanın siqnalı kimi qiymətləndirir və xüsusilə Yəmən və İran istiqamətində yeni əməliyyat ehtimalını qeyd edirlər. Digərləri isə bunu daha çox siyasi mesaj və psixoloji təsir aləti hesab edirlər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
modern.az

1Mənbələr