AZ

Akademik Zərifə Əliyevanın anım günü: fədakar ömrün işığında - Afət Həsənova

Bakı. Trend:

Aprelin 15-i Azərbaycan tibb elminin görkəmli nümayəndəsi,akademik Zərifə Əliyevanın anım günüdür. Bu tarix yalnız bir aliminxatirəsinin yad edilməsi deyil, həm də bütöv bir epoxanın –fədakarlıq, humanizm və elmi zəhmətlə yoğrulmuş bir həyat yolununehtiramla anılması deməkdir.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı AfətHəsənova deyib.

Deputat bildirib ki, 1923-cü il aprelin 28-də Naxçıvan MuxtarRespublikasının Şərur rayonunun Şahtaxtı kəndində dünyaya gələnZərifə Əziz qızı Əliyeva taleyini Azərbaycan səhiyyəsinəbağladı:

“1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan DövlətTibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil oldu və1947-ci ildə ali təhsilini əla nəticələrlə başa vurdu. Hələ gəncyaşlarından elmi axtarışlara xüsusi maraq göstərən Zərifə xanım1949-cu ildən Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləriİnstitutunda fəaliyyətə başladı, 1950-ci ildə isə aspiranturayaqəbul olundu. O, praktik həkimliklə elmi fəaliyyəti paralel şəkildədavam etdirərək oftalmologiya sahəsində mühüm yeniliklərə imzaatdı.

XX əsrin ortalarında respublikamızda geniş yayılmış və minlərləinsanın sağlamlığını təhlükə altına alan traxoma xəstəliyinə qarşıaparılan mübarizədə Zərifə xanımın xidmətləri xüsusi qeydolunmalıdır. O, yalnız elmi tədqiqat aparmaqla kifayətlənməyərək,bölgələrə səfərlər edir, həkimlər üçün seminarlar təşkil edir,müalicə və profilaktik tədbirlərin həyata keçirilməsində şəxsəniştirak edirdi. Onun 1960-cı ildə müdafiə etdiyi namizədlikdissertasiyası məhz traxomanın effektiv müalicə üsullarına həsrolunmuşdu və qısa müddətdə bütün respublikada tətbiq edilməyəbaşladı. Nəticədə bu xəstəlik ölkəmizdə sosial problem kimi aradanqaldırıldı”.

A.Həsənova qeyd edib ki, Zərifə Əliyeva qlaukoma və digər gözpatologiyalarının öyrənilməsində də mühüm elmi nəticələr əldəetmişdir:

“1977-ci ildə “Azərbaycanın bir sıra kimya müəssisələriişçilərinin görmə orqanının vəziyyəti” mövzusunda doktorluqdissertasiyasını Moskvanın nüfuzlu H.Helmqolts adına Elmi-TədqiqatGöz Xəstəlikləri İnstitutunda uğurla müdafiə edərək tibb elmləridoktoru alimlik dərəcəsini aldı. Onun peşə patologiyası sahəsindəapardığı araşdırmalar beynəlxalq səviyyədə yüksək qiymətləndirildivə 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının akademikM.İ.Averbax adına mükafatına layiq görülməsi bunun bariznümunəsidir.

1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvüseçilən Zərifə Əliyeva bu ada layiq görülən ilk azərbaycanlı qadınoftalmoloq kimi tarixə düşdü. Onun 150-yə yaxın elmi əsəri, 12monoqrafiyası, dərslik və dərs vəsaitləri bu gün də tibbictimaiyyəti üçün dəyərli mənbədir. “Herpetik göz xəstəliyi”, “Ağırvirus konyunktivitləri”, “Terapevtik oftalmologiya” kimifundamental əsərlər həkimlərin stolüstü kitabına çevrilmişdir”.

Deputat vurğulayıb ki, Zərifə xanım yalnız alim deyil, həm dəböyük pedaqoq idi:

“Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutundaçalışdığı illərdə yüzlərlə gənc həkimin formalaşmasında mühüm roloynadı. Onun rəhbərliyi altında yeni nəsil oftalmoloqlar yetişdi.O, tələbələrinə yalnız elmi bilik deyil, həm də yüksək mənəvidəyərlər aşılayırdı. “Həkim insanın ən doğma adamıdır” – deyənZərifə xanım bu prinsipi bütün fəaliyyəti boyu rəhbərtutmuşdur.

Onun həyat və fəaliyyəti haqqında Ulu Öndər Heydər Əliyev hərzaman böyük ehtiramla danışmış, Zərifə xanımı həm görkəmli alim,həm də ailə dəyərlərinə sadiq, yüksək mənəviyyat sahibi bir insankimi səciyyələndirmişdir. Prezident İlham Əliyev də çıxışlarındaZərifə xanımın həyat fəlsəfəsinin əsasını xeyirxahlıq, mərhəmət vəinsanlara xidmət kimi dəyərlərin təşkil etdiyini vurğulamışdır.

Bu gün Zərifə xanımın adını daşıyan Akademik Zərifə Əliyevaadına Milli Oftalmologiya Mərkəzi ölkəmizdə oftalmologiya sahəsindəaparıcı tibb müəssisəsidir və alimin zəngin irsini layiqincəyaşadır.

Akademik Zərifə Əliyevanın ömür yolu Azərbaycan qadınının elm,ziyalılıq və humanizm zirvəsinə yüksəlməsinin parlaq nümunəsidir.Onun həyatı sübut edir ki, həqiqi böyüklük və əbədiyyət insanlaraedilən yaxşılıqla ölçülür.

Bu anım günündə böyük alimin xatirəsi dərin ehtiramla yadedilir. Onun zəngin elmi və mənəvi irsinin gələcək nəsillər üçündaim örnək olacaq”.

Məqalədə:
Seçilən
15
az.trend.az

1Mənbələr