“Arsenal”ın sabiq futbolçusu Cek Uilşer məşqçi kimi ilk kubokunu qazanıb.
Msport.az xəbər verir ki, onun çalışdırdığı “Luton Taun” EFL kuboku uğrunda görüşdə “Stokport Siti” ilə qarşılaşıb.
“Luton Taun” oyunda 3:1 hesabı ilə qalib gələrək mükafata sahib çıxıb. Bununla da Cek Uilşer karyerasının ilk kubokunu əldə edib. Onun məşqçi kimi 1-ci klubu da məhz “Luton Taun”dur. 34 yaşlı mütəxəssis ötən ilin oktyabr ayından bu komandanı çalışdırır.
Qeyd edək ki, “Luton Taun” İngiltərənin 1-ci liqasında mübarizə aparır. Onlar hazırda sıralamada 61 xalla 10-cudurlar.