AZ

Nəriman oynamadı, komandası xal itirdi

Nəriman Axundzadənin formasını geydiyi “Kolambus Kryu” MLS-in 7-ci tur oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, komanda “Orlanda Siti”ni qəbul edib. Görüş 1:1 hesabı ilə nəticələnib.

Hesabı 15-ci dəqiqədə “Orlanda Siti”nin futbolçusu Marko Pasaliç açıb. 80-ci dəqiqədə isə Dieqo Rossi cavab qolunu vurub.

Nəriman matçın iştirak ərizəsində yer alsa da, meydana daxil olmayıb.

Hazırda "Kolumbus Kryu" 6 xalla 11-ci, “Orlanda Siti” isə 4 xalla 13-cü sıradadı.

Seçilən
6
5
football-plus.az

10Mənbələr