"Sabah" və basketbol üzrə milli komandamızın üzvü Emmanuel Agbason FIBA Gənclər Çempionlar Liqasında (Youth Champions League) rəmzi "5"likdə yer alıb. Basketbolçumuz bir sıra ortalama statistik göstəricilər üzrə birinci olub.
✅ Effektivlik: 35.0
✅ Xal: 24.5
✅ Ribaund: 16.5
✅ Blok-şot: 4.5
Emmanuel Agbason Gənclər Çempionlar Liqasında Türkiyənin "Tofaş Bursa" klubu ilə keçirilən oyunda double double a imza atıb. "Sabah" BK-nın 86:60 hesablı qələbəsi ilə başa çatan oyunda 26 xal, 23 ribaundla qələbədə əsas pay sahiblərindən olub. "Sabah"ın Almaniya təmsilçisi "Porşe BBA Lyudviqsburq" komandasını 72:61 hesabı ilə məğlub etdiyi oyunda isə 28 xal, 20 ribaund, 8 blok-şotla turnirin rekord göstəricisinə imza atıb.