AZ

Prezidentin yüksək vəzifə verdiyi Orxan Səttarov kimdir?

Orxan Rəcəb oğlu Səttarov Azərbaycan Prezidentinin Mətbuat katibi təyin edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Publika.az Orxan Səttarovun tərcümeyi-halını təqdim edir:

Orxan Səttarov Azərbaycanın media və ictimaiyyətlə əlaqələr sahəsində tanınmış simalarından biridir.

Onun peşəkar karyerasının mühüm hissəsi "Vestnik Kavkaza" (Qafqazın xəbərçisi) informasiya-analitik agentliyi ilə bağlıdır. O, bu qurumun Azərbaycan bürosunun rəhbəri kimi fəaliyyət göstərərək, ölkənin daxili və xarici siyasəti, iqtisadi inkişafı və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çoxsaylı məqalə və təhlillərin müəllifi olub.

O. Səttarovun yazıları və şərhləri tez-tez həm yerli, həm də xarici nüfuzlu media resurslarında yayımlanır və o, ekspert kimi siyasi gündəmi mütəmadi olaraq şərh edir.

Seçilən
1
14
publika.az

10Mənbələr