AZ

“Sumqayıt” FK Saşa İliçlə yollarını ayırır? Klubdan ə AÇIQLAMA

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

Sosial şəbəkələrdə yayılan iddialara görə, “Sumqayıt” futbol klubu baş məşqçisi Saşa İliç ilə yollarını ayırmaq fikrindədir.

Bildirilib ki, klubun bu addımı Misli Premyer Liqası və Azərbaycan Kubokunda ardıcıl 11 oyundur qələbə qazana bilməməsi ilə bağlıdır. Komanda sonuncu dəfə yanvarın 31-də “Karvan-Yevlax” üzərində 2:0 hesablı qələbə əldə edib.

İdman.Biz məsələ ilə bağlı “kimyaçılar”ın mətbuat xidmətinə sorğu ünvanlayıb.

Klubun mətbuat katibi Zaur Xudiyev saytımıza açıqlamasında bildirib ki, Saşa İliçin müqaviləsi mövsümün sonuna qədər qüvvədədir.

Onun sözlərinə görə, müqavilənin uzadılıb-uzadılmayacağı ilə bağlı qərar mövsüm başa çatdıqdan sonra veriləcək.

Qeyd edək ki, “Sumqayıt” hazırda turnir cədvəlində 32 xalla yeddinci pillədə qərarlaşıb.

İlqar Şabanov

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
icma.az

1Mənbələr