AZ

Sabiq baş mühasib barəsində ibtidai istintaq yekunlaşıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergi İdarəsinin sabiq baş mühasibi Rəşad Babayevin qanunsuz əməlləri barədə həmin xidmətdən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.

“İki sahil” xəbər verir ki,  Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, ibtidai istintaqla Rəşad Babayevin qeyd olunan vəzifədə işləyərkən qulluq mövqeyindən istifadə edərək 2022-2025-cü illər ərzində ona etibar edilmiş külli miqdarda pul vəsaitini tamah niyyəti ilə rəsmi sənədlərə və informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil edərək öz əmək haqqı hesabına köçürməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rəşad Babayevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Seçilən
0
27
ikisahil.az

10Mənbələr