AZ

Ülviyyə İlyasova barəsində çıxarılmış hökm dəyişdirildi

Bakı.Trend:

Bakıda qaynı arvadını estetik əməliyyat edərək ölümünə səbəbolmaqda ittiham edilən həkim Ülviyyə İlyasovanın barəsində olanqərarla bağlı növbəti məhkəmə prosesi keçirilib.

Trend xəbər verirki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbuledilib.

Qərara əsasən, təqsirləndirilən şəxs barəsində çıxarılmış hökmdəyişdirilib və 3 il 9 ay müddətə azadlıqdan məhrumetmə cəzasıverilib.

Ona Amnistiya aktı şamil edilib. Cəzası 6 ay azaldılıb.

Bildirək ki, ötən prosesdə Ülviyyə İlyasovanın barəsindəseçilmiş polis nəzarətində olma qətimkan tədbirinin həbs qətimkantədbiri ilə əvəzlənilməsi ilə bağlı qərar çıxarılıb. Ülviyyəİlyasova məhkəmə zalında həbs olunub.

Xatırladaq ki, ötən il aprelin 16-da 1984-cü il təvəllüdlüSəbirə Vəliyevanın cərrahi əməliyyatdan sonra ölməsi faktı üzrəcinayət işi başlanıb. Müəyyən olunub ki, “AzE Estetik Mərkəz”MMC-nin direktoru Ülviyyə İlyasova aprelin 15-də qaynı arvadıSəbirə Vəliyevanın üzərinə liposaksiya əməliyyatı icra edib, dahasonra yaşadığı evə apararaq həkim nəzarətindən kənar saxlayıb.

Növbəti gün Səbirə Vəliyeva kəskin qanaxmadan həyatınıitirib.

Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olansəhlənkarlıq) maddələri ilə ittiham elan edilib. Barəsində polisnəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Ülviyyə
Seçilən
43
9
az.trend.az

4Mənbələr