AZ

Roma Papası: Trampdan qorxmuram, ona qarşı çıxacağam

Donald Tramp və onun administrasiyasından qorxmuram  və mən müharibəyə qarşı çıxmaqda davam edəcəyəm.

Ölkə.az  xəbər verir ki,  bunu Papa XIV Leo deyib.
Papa XIV Leo deyib ki, Trampla polemika aparmaq niyyətində deyil, lakin onun administrasiyasından qorxmur. "Mən İncildən danışıram və müharibəyə qarşı çıxmağa davam edəcəyəm", o vurğulayıb.

Buna səbəb Trampın "Truth Social" sosial media səhifəsində papanın müharibə əleyhinə açıqlamalarından sonra XIV Leonu "cinayətkarlıq və xarici siyasət məsələlərində zəif" adlandırması olub. Tramp həmçinin bildirib ki, onun prezidentliyi olmasaydı, amerikalı papa seçilməzdi. 

Son həftələrdə Papa XIV Leo ABŞ və İsrailin Yaxın Şərqdəki siyasətini açıq şəkildə tənqid edib. O, Trampın "İranda sivilizasiyanı məhv etmək" təhdidini tamamilə qəbuledilməz adlandırıb və Pentaqon rəhbəri Pit Heqsetin Amerika əsgərləri üçün "İsa Məsihin adı ilə" qələbə üçün dua etmək çağırışına etiraz edib. Papanın sözlərinə görə, dominantlıq arzusu "İsa Məsihin yoluna yaddır". 

11 apreldə Müqəddəs Pyotr Bazilikasında Papa XIV Leo müharibə əleyhinə moizəsində deyib: "Özünə və pula pərəstiş bəsdir! Güc nümayişinə bəsdir! Müharibəyə bəsdir!"

 Mürtəza

Seçilən
17
2
olke.az

3Mənbələr