AZ

Ermənistan suyundan ölüm: “Cermux işi” yenidən qaldırıldı

Rusiyanın İstintaq Komitəsi Vladikavkaz sakininin “Cermux” mineral suyunu içdiyi iddia edilən şəxsin ölümü ilə bağlı cinayət işini yenidən açıb.

Publika.az xəbər verir ki, Rusiya tərəfinin əvvəllər bildirdiyi kimi, həmin şəxs 2024-cü ilin fevral ayında mağazadan bir neçə şüşə “Cermux” mineral suyu alıb və tərkibində sirkə turşusu olan suyu içdikdən sonra özünü ağır hiss etməyə başlayıb. Nəticədə o, xəstəxanada ölüb.

“RİA Novosti” agentliyinin Rusiya İstintaq Komitəsinə istinadən verdiyi məlumata görə, iş əvvəllər dayandırılmışdı, çünki həmin vaxt hadisə ilə bağlı şəxslərin kimliyini müəyyən etmək mümkün deyildi. İş yeni hallar nəzərə alınmaqla yenidən açılıb.

Xatırladaq ki, hadisədən sonra “Jermuk Group” şirkətinin icraçı direktoru Poqosyan zavodlarında mineral suyun butulkaya doldurulmasının avtomatlaşdırıldığını bildirmişdi. O, həmçinin mineral suyun butulkaya doldurulmasında sirkə turşusundan istifadə edilmədiyini vurğulamışdı.

Seçilən
30
publika.az

1Mənbələr