AZ

Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək - Tramp

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının blokadası ilə bağlı xəbərdarlıq edib.

Aznews.az xəbər verir ki, Tramp bu barədə “Truth Social”da yazıb.

Tramp qeyd edib ki, İran gəmiləri blokadanı yarmağa çalışacağı təqdirdə, dərhal məhv ediləcəklər.

İranın 158 gəmidən ibarət hərbi donanmasını məhv etdiklərini vurğulayan Tramp yerdə qalan sürətli hücum qayıqları ilə bağlı da xəbərdarlıq edib.

“Bu gəmilərdən hər hansı biri blokadamızı yarmağa çalışsa, dərhal məhv ediləcək – dənizdə narkotik qaçaqmalçılarına qarşı istifadə etdiyimiz eyni üsulla. Bu, sürətli və amansızdır”, - ABŞ lideri vurğulayıb.

Seçilən
15
15
aznews.az

10Mənbələr