AZ

“Space TV”də “Vado Korovin əməliyyatı” KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan media məkanında kəskin rezonans doğuracaq hadisə yaşanmaqda dərədir. Ölkənin tanınmış telekanallarından biri olan “Space TV”də müvafiq qurumlar tərəfindən genişmiqyaslı yoxlamalara start verilib.

KONKRET.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Arifə Əliyeva məlumat yayıb. Jurnalistin sözlərinə görə, hazırda telekanalda aparılan ciddi yoxlamaların əsas səbəbi maliyyə pozuntuları ilə bağlı dövlət qurumlarına daxil olan çoxsaylı şikayətlər və məlumatlardır.

Məlumata görə, təhqiqat prosesi birbaşa telekanalın rəhbəri Vado Korovinin fəaliyyət dövrünü, habelə onun telekanalda çalışan kürəkəni Nəriman Abduləliyevin işini əhatə edir. İddia olunur ki, Vado Korovin son dövrlər “Space TV”ni peşəkar media qurumu deyil, sanki öz şəxsi təsərrüfatı kimi idarə edirmiş.

Jurnalist Arifə Əliyeva bildirib ki, Korovin kanaldakı peşəkar kadrları müxtəlif yollarla işdən uzaqlaşdıraraq, onların yerinə öz qohum-əqrabasını cəlb edib. Məhz bu “kadr islahatları” və idarəetmədəki qeyri-şəffaflıq hazırda araşdırma predmeti olan maliyyə yoxlamalarına yol açıb. Hazırda telekanalda gərgin vəziyyətin hökm sürdüyü və yoxlamaların nəticəsindən asılı olaraq ciddi kadr dəyişikliklərinin baş verəcəyi gözlənilir.

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
2
konkret.az

3Mənbələr