AZ

Elman bizə “var yox” söyüşü söydü Şirvandakı qəza dava ilə bitdi

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Şirvan şəhərində 1994-cü il təvəllüdlü Aqil şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Elmana (adlar şərtidir – red.) xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Şirvan şəhəri, Xəqani küçəsində yerləşən marketin qarşısında baş verib.Aqil küçədə Elman ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib, ünvanına ucadan nalayiq ifadələr işlədib. O, ətrafdakı şəxslərin gözü qarşısında istintaqa məlum olmayan silah qismində istifadə etdiyi səkkiz güşəli dəmir parçası, yumruq və təpiklə Elmanın bədəninin müxtəlif nahiyələrindən vurub. Aqilin barəsində Cinayət Məcəlləsinin 127.2.3 (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib. İş üzrə ifadə verən Aqil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə 1 may 2024-cü ildə baş verib:“Qardaşım ilə Şirvan şəhərindəki marketin qarşısında bankomatdan pul çıxartmağa getdim. Bir nəfər yaşlı kişi bizim maşınımızı vurdu. Maşından düşərək həmin şəxslə söhbət etməyə başladım. Daha sonra Elman gəldi. O, bizimlə söyüşlə danışdı. Ona dedim ki, söyüş söyməsin. Qardaşım isə “sür gedək, problem yaranmasın” deyə bildirdi. Maşını sürməyə başladığım vaxt Elman bizə “var-yox” söyüşü söydü. Maşından düşərək ondan bizi niyə söydüyünü soruşdum. Sonra maşını sürərək getdim”. Təqsirləndirilən şəxs deyib ki, hadisə vaxtı Elmanı vurmayıb, ona xəsarət yetirməyib. O deyib ki, hadisə vaxtı onun əlində heç bir şey olmayıb. Əməlində cinayət tərkibi olmadığından ona bəraət verilməsini xahiş edib.İş üzrə zərərçəkmiş Elmanın sözlərinə görə, onun 64 yaşı var, hamıya imkan daxilində kömək edir, söyüş söyən biri deyil:“Təqsirləndirilən Aqili əvvəllər tanımamışam. Məlum hadisə günü, saat 19 radələrində ticarət mərkəzinin qarşısında, sonradan tanıdığım Aqilin avtomaşınına digər bir avtomobilin toxunduğunu, həmin avtomobilin sürücüsü ilə mübahisə etdiklərini gördüm. Yaxınlaşaraq onlara müştərilərə narahatlıq yaratdıqlarını, burda söz-söhbət salmamaqlarını, mübahisələrini kənarda etmələrini dedim. Bu zaman Aqil avtomaşınını sürətlə yerindən hərəkətə gətirdi və daha sonra geriyə döndərdi, avtomaşını saxlayaraq düşdü, əlinin içərisində tutduğu dəmirdən olan səkkiz guşəli alətlə üstünə cumaraq sol qabırğa nahiyəmdən həmin dəmir alətlə və təpik, yumruqla xəsarət yetirdi. Mən özümü saxlaya bilməyərək yerə yıxıldım. Həmin vaxt ətrafda olan şəxslər məni yerdən qaldırdılar. Sonra məni xəstəxanaya apardılar. Orada mənə tibbi yardım göstərildi. Həmin gecə bədənimdə güclü ağrılarım oldu. Səhəri gün klinikaya gedərək kompyüter-tomoqrafiyadan keçdim. Mənə qabırğalarımın qırıldığını dedilər”. Zərərçəkmiş qeyd edib ki, təqsirləndirilən şəxs onu vuran vaxt ətrafda çox sayda kənar şəxslər olub: “Mən hadisə vaxtı Aqilə qarşı heç bir qanunsuz hərəkətə yol verməmişəm. O cümlədən onu söyməmişəm və vurmamışam. Şəkər və ağır xərçəng xəstəsiyəm. Hadisədən uzun müddət keçdiyindən bəzi məqamları xatırlamıram”.Şirvan Şəhər Məhkəməsinin hökmü ilə Aqil 3 il 3 ay 28 gün müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
demokrat.az

1Mənbələr