AZ

Məşhur şirkətə ağır ittiham

Paris Cinayət Məhkəməsi Fransanın sement şirkəti “Lafarge”-ı 2013–2014-cü illərdə Suriyadakı fəaliyyətləri çərçivəsində “terror təşkilatını maliyyələşdirməkdə” təqsirli bilib. 

"Cebheinfo.az" xəbər verir ki, Paris Cinayət Məhkəməsi hüquqi şəxs qismində Lafarge və 8 nəfərin 2013–2014-cü illərdə Suriyadakı fəaliyyətləri ilə bağlı “terror təşkilatını maliyyələşdirmək” ittihamı ilə mühakimə olunduğu iş üzrə qərarını açıqlayıb. 

Məhkəməyə sədrlik edən hakim İzabel Prevost-Desprez bildirib ki, Lafarge həmin dövrdə Suriyada fəaliyyətini davam etdirərək bir seçim edib. Hakim qeyd edib ki, şirkətin terror təşkilatlarına “təhlükəsizlik ödənişləri” adı altında pul ödəməsi barədə qərar 2012-ci ilin sentyabrında keçirilən iclas zamanı qəbul olunub. 

Onun sözlərinə görə, şirkət İŞİD də daxil olmaqla bölgədəki 3 silahlı qrupa ümumilikdə 5,6 milyon avroya qədər vəsait ödəyib. Məhkəmə “Lafarge” və 8 nəfərin Suriyadakı fəaliyyəti çərçivəsində “terror təşkilatını maliyyələşdirməkdə” təqsirli olduqlarına hökm verib. 7 sentyabr 2021-ci ildə Lafarge şirkətinin İŞİD-i Fransız kəşfiyyatının məlumatı daxilində maliyyələşdirdiyini göstərən sənədlər yayımlanmış və bu, dünya üzrə geniş rezonans doğurmuşdu. Şirkət barəsində 2017-ci ilin iyununda başlanan istintaq çərçivəsində “Lafarge”-ın keçmiş İdarə Heyətinin sədri Bruno Lafont da daxil olmaqla bir sıra yüksək vəzifəli şəxslər “terrorun maliyyələşdirilməsi”ndə ittiham olunmuşdu. 

İstintaqa rəhbərlik edən üç hakim 16 oktyabr 2024-cü ildə “Lafarge” Qrupu və şirkətin 4 keçmiş rəhbərinin İŞİD də daxil olmaqla terror təşkilatları ilə hər cür maliyyə və ticarət əlaqələrini qadağan edən Avropa İttifaqının sanksiyalarını pozmaq ittihamı ilə mühakimə olunmasına qərar vermişdi. 

Hüquqi şəxs kimi Lafarge və 8 nəfərin 2013–2014-cü illərdə Suriyadakı fəaliyyətləri ilə bağlı “terror təşkilatını maliyyələşdirmək” ittihamı üzrə məhkəmə prosesi 2025-ci ilin noyabr–dekabr aylarında Paris Cinayət Məhkəməsində keçirilmişdi. 

Seçilən
15
cebheinfo.az

1Mənbələr