AZ

Meloni Trampın Roma Papası haqqında sözlərini qəbulolunmaz ADLANDIRDI

Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İtaliya Baş naziri Corcia Meloni ABŞ Prezidenti Donald Trampın Roma Papası XIV Lev haqqında işlətdiyi ifadələri qəbulolunmaz adlandırıb.

Redaktor.az bu haqda onun bəyanatına istinadən xəbər verir.

Meloni bu barədə danışarkən deyib: Prezident Trampın Papanın ünvanına söylədiyi sözləri qəbulolunmaz hesab edirəm. Roma Papası Katolik Kilsəsinin rəhbəridir və onun sülhə çağırması, müharibənin bütün formalarını pisləməsi normal və ədalətlidir.

Bundan əvvəl Donald Tramp özünün Truth Social sosial şəbəkəsindəki səhifəsində Roma Papası XIV Levi tənqid etmişdi. Siyasətçinin sözlərinə görə, əgər o, Ağ Evdə olmasaydı, pontifik də Vatikanda olmazdı. Tramp həmçinin vurğulayıb ki, Papanın İranın nüvə silahına ehtiyacı olduğunu düşünməsini istəmir.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
50
redaktor.az

10Mənbələr