AZ

“Barselona” və "Qalatasaray” ulduz futbolçu üçün savaşır

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silvanın karyerası ilə bağlı yeni iddia ortaya atılıb. Metbuat.az xəbər verir ki, yarımmüdafiəçi mövsümün sonunda İngiltərə klubundan ayrıla bilər. İddialara görə, “Barselona” “Mançester Siti”nin futbolçusu Bernardo Silvanın xidmətində maraqlıdır. Bildirilir ki, “Barselona” təcrübəli oyunçunu heyətinə qatmaq üçün əsas namizədlərdən biridir. Eyni zamanda “Yuventus” , "Qalatasaray” və Səudiyyə Ərəbistanı klublarının da futbolçu ilə maraqlandığı qeyd olunur.

Qeyd edək ki, Bernardo Silvanın “Mançester Siti” ilə müqaviləsi mövsümün sonunda yekunlaşır.

Seçilən
22
metbuat.az

1Mənbələr