ain.az, Demokrat.az portalına istinadən məlumat verir.
İstanbulda narkotiklərlə bağlı aparılan istintaq çərçivəsində keçirilən əməliyyat zamanı bir neçə nəfər saxlanılıb, onların bir qismi barəsində həbs qətimkan tədbiri seçilib.Oxu.Az xəbər verir ki, əməliyyat İstanbul Respublika Prokurorluğunun rəhbərliyi ilə həyata keçirilib.Saxlanılanlar arasında sosial şəbəkələrdə tanınan şəxslərin də olduğu bildirilir.Əməliyyat zamanı Beşiktaş, həmçinin Bebek və Etiler ərazilərində yerləşən əyləncə məkanlarında genişmiqyaslı axtarışlar aparılıb. Narkotiklərlə mübarizə əməkdaşları xüsusi təlim keçmiş itlərlə birlikdə obyektlərdə və ətraf ərazilərdə yoxlamalar həyata keçiriblər.Saxlanılan şəxslərdən bioloji nümunələr götürülməsi üçün onlar Məhkəmə-Tibbi Ekspertiza qurumuna aparılıb, daha sonra yenidən polisə təhvil veriliblər. Ümumilikdə 17 nəfərin bu prosedurdan keçdiyi qeyd olunur.İstintaq çərçivəsində 11 nəfər məhkəməyə çıxarılıb. Nəticədə 8 nəfər həbs olunub, digər şəxslər barəsində isə müxtəlif məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.Araşdırmalar davam edir.Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.