AZ

“Turan Tovuz”un kapitanı yubiley matçına çıxıb

Faiq Hacıyev Azərbaycan Premyer Liqasında yubiley oyununu keçirib.

90deqiqe.Az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, "Turan Tovuz" klubunun kapitanı Misli Premyer Liqasında 100-cü matçına çıxıb.

Yubiley qarşılaşması çempionatın XXVII turuna təsadüf edib. Təcrübəli yarımmüdafiəçi bu uğuru "Sumqayıt" ilə keçirilən oyunda qeyd edib.

Tovuz şəhərində baş tutan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Seçilən
29
90deqiqe.az

1Mənbələr