AZ

Evinizdə saxladığınız köhnə elektronika əsl sərvətdir

ain.az bildirir, Milli.az portalına istinadən.

Ekspertlər bildirirlər ki, köhnə cihazların tərkibindəki qızıl, gümüş və mis kimi metalların geri çevrilməməsi nəticəsində hər il təxminən 1 milyard avro məbləğində iqtisadi zərər yaranır.

Milli.Az xəbər verir ki, eksertlərin fikrincə elektron tullantıların emalı adi mədənçilikdən daha səmərəlidir:

Mədən ocağında 1 ton torpaqdan cəmi bir neçə qram qızıl çıxdığı halda, 1 ton işlənmiş telefondan 300 qram qızıl əldə etmək mümkündür.

Orta hesabla bir telefondan 25-35 milliqram qızıl çıxır. 1 milyon telefon toplandıqda isə bu, təxminən 35 kiloqram qızıl deməkdir.

İnsanlar çox vaxt "lazım olar" deyə və ya şəxsi məlumatların təhlükəsizliyindən narahat olduqları üçün köhnə cihazları tullamırlar. Lakin mütəxəssislər vurğulayırlar ki:

Bu cihazlar düzgün məhv edilmədikdə tərkibindəki ağır metallar qida zənciri vasitəsilə insan orqanizminə daxil olur.

Evdə saxlanılan köhnə cihazlar proqram təminatı yenilənmədiyi üçün zamanla onsuz da tamamilə yararsız hala düşür.

Təkrar emal prosesi necə aparılır?

Cihazlar lisenziyalı stansiyalara təslim edilməlidir. Emal zamanı təhlükəli qazlar və kimyəvi maddələr yarana biləcəyi üçün bu işi yalnız mütəxəssislər görməlidir.

Əldə olunan metallar sənayedə, müdafiə sənayesində və yüksək texnologiyalarda "ikinci xammal" kimi istifadə olunur.

Lalə Qüdrətova

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
48
3
news.milli.az

4Mənbələr