AZ

Azərbaycanda muzdla çalışan işçilərin sayı azaldı Son 10 ilin statistikası

ain.az, Yeniavaz portalına istinadən məlumat verir.

Bu ilin mart ayının 1-ə olan rəsmi məlumatlara görə, Azərbaycanda muzdla çalışan (əmək müqaviləsi ilə) işçilərin sayı 1 milyon 784 min nəfər olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, muzdla çalışan işçilərin 870,6 min nəfəri dövlət sektorunda, 913,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Müqayisə üçün bildirək ki, bu ilin əvvəlində muzdla çalışan işçilərin sayı 1 milyon 808,5 min nəfər olub.

Açıqlanan məlumatlardan da göründüyü kimi, bu  ilin ilk 2 ayında muzdla çalışan işçilərin sayı 24 min nəfər azalıb.

Qeyd edək ki, son 10 ildə (2016-2026-ci illər) Azərbaycanda muzdla çalışan (əmək müqaviləsi ilə) işçilərin sayı aşağıdakı kimi olub:

1 yanvar 2016 – 1 495,8 min nəfər

1 yanvar 2017 – 1 514,0 min nəfər

1 yanvar 2018 – 1 521,3 min nəfər

1 yanvar 2019 – 1 548,9 min nəfər

1 yanvar 2020 – 1 641,0 min nəfər

1 yanvar 2021 – 1 691,8 min nəfər

 1 yanvar 2022 – 1 705,1 min nəfər

1 yanvar 2023 – 1 733,9 min nəfər

1 yanvar 2024 – 1 741,8 min nəfər

1 yanvar 2025 – 1 778,5 min nəfər

1 yanvar 2026 – 1 808,5 min nəfər

1 mart 2026 – 1 784,0 min nəfərElnur Əli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
2
yeniavaz.com

3Mənbələr