İyunun 12-də, saat 15:00-da "Respublika Diaqnostika Mərkəzi" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
"Far.Az" xəbər verir ki, yığıncaq Cəmiyyətin inzibati binasının yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 147 ünvanında olacaq.
Yığıncağın gündəliyinə Cəmiyyətin 2025-ci il üzrə illik hesabatının, mənfəət və xərc hesabatının təsdiq edilməsi, 2026-cı ildə görüləcək işlərin və digər məsələlərin müzakirəsi daxildir.
"Respublika Diaqnostika Mərkəzi" 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 2,415 milyon manatdır.