AZ

Ayxan Abbasov “Şamaxı”dan GEDİR?

Futbol üzrə milli komandamızın baş məşqçisi Ayxan Abbasov mövsümün sonunda rəhbərlik etdiyi “Şamaxı” klubunu tərk edəcək.

Bizim.Media xəbər verir ki, təcrübəli mütəxəssis artıq bütün diqqətini yığma komandaya yönəltmək istəyir.

Məhz bu səbəbdən də bölgə təmsilçisi ilə vidalaşmaq məcburiyyətində qalacaq.

Artıq məsələdən xəbərdar olan “Şamaxı” rəhbərliyi yeni mövsüm üçün məşqçi axtarışlarına başlayıb.

Namizədlər arasında hazırda işsiz olan “Araz Naxçıvan”ın keçmiş çalışdırıcısı Elmar Baxşiyev və “Kəpəz”in hazırkı baş məşqçisi Azər Bağırov da var.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
3
bizim.media

1Mənbələr