AZ

Bu ərazidə qarın hündürlüyü 88 sm-ə çatır

Naxçıvan Muxtar Respublikasında (MR) 3000 metr yüksəklikdə qar örtüyünün qalınlığı 88 sm təşkil edib.

Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən “Yeni Sabah”a verilən məlumata görə, bir sıra rayon və kəndlərdə qar və yağış müşahidə olunub.

Şahbuz və Ordubad rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. Qar örtüyünün hündürlüyü Ordubad rayonunun yüksək dağlıq ərazilərində (3000 m) 88 sm, Parağaçay Qar Uçqunu Stansiyasında 25 sm, Şahbuz rayonunun Kükü kəndində 5 sm, Biçənək kəndində isə 6 sm qeydə alınıb.

Yağıntının miqdarı Naxçıvan şəhərində 4 mm, Şahbuzda 12 mm, Kükü kəndində (Şahbuz) 14 mm, Biçənək kəndində (Şahbuz) 10 mm, Şərurda 3 mm, Axura kəndində (Şərur) 7 mm, Ordubadda 8 mm, Parağaçayda (Ordubad) 26 mm, Culfada 8 mm, Kəngərlidə 3 mm, Sədərəkdə isə 2 mm təşkil edib.


Telegram kanalımız
Seçilən
14
16
yenisabah.az

10Mənbələr