AZ

Binəqədidə maklerlər böyük zibilxana yaradıb; qurumlar reaksiya vermir VİDEO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paytaxtın Binəqədi rayonu ərazisində sanitar vəziyyətlə bağlı narahatlıqlar artmaqdadır.

Avtosfer.az xəbər verir ki, sakinlər bildirirlər ki, ərazidə son illər maklerlər tərəfindən intensiv şəkildə fərdi yaşayış evləri tikilərək satışa çıxarılır və bu proses nəzarətsiz şəkildə davam edir.

Qeyd olunur ki, tikinti işlərinin sürətlə aparılması fonunda infrastruktur və kommunal məsələlər lazımi səviyyədə həll olunmur. Nəticədə, ərazidə tullantıların idarə olunması, kanalizasiya və ümumi sanitar vəziyyətlə bağlı problemlər yaranır.

Sakinlərin sözlərinə görə, ətrafda hətta hotellərin mövcud olmasına baxmayaraq, antisanitariya halları geniş yayılıb və bu da həm yaşayış mühitinə, həm də ictimai sağlamlığa mənfi təsir göstərir.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
1
avtosfer.az

2Mənbələr