AZ

Mbappe "Bayern"lə oyuna maska ilə çıxacaq?

Qaş nahiyəsi partlayan "Real"ın hücumçusu Kilian Mbappe UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində "Bayern"ə qarşı cavab oyununa qoruyucu maskasız çıxacaq.

Publika.az xəbər verir ki, bu barədə "L’Équipe" nəşri məlumat yayıb.

Məlumata görə, hücumçu üçün əlavə narahatlıq yaratmamaq məqsədilə maska variantından imtina edilib. Gözlənilir ki, futbolçu bazar ertəsi məşqdə istifadə etdiyi kimi, böyük plastırla oyuna çıxacaq. Lakin bu, onun hava toplarında mübarizəsinə və görmə bucağına müəyyən qədər təsir göstərə bilər.

Xatırladaq ki, Mbappe La Liqanın 31-ci turunda "Jirona" ilə oyunda (1:1) qaş nahiyəsindən xəsarət alıb. Hadisə 88-ci dəqiqədə baş verib – o, qapı meydançasına doğru hərəkət edərkən müdafiəçi Reis ilə toqquşub və yıxılıb. Müdafiəçi ayaqla təmasdan əlavə, əli ilə də Mbappenin üzünə zərbə endirib.

Seçilən
6
publika.az

1Mənbələr