Xaçmaz rayonunda 60 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.BUTA.TV xəbər verir ki, hadisə bu gün səhər saat 5 radələrində rayonun Qusarkənd kəndi ərazisində baş verib. Kənd sakini, 1966-cı il təvəllüdlü Telman Xasay oğlu Fərhadov yaşadığı evin həyətində pilləkənindən yıxılıb. Ağır kəllə-beyin travması ilə xəstəxanaya çatdırılan T.Fərhadov orada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.