Bakı. Trend:
İranla bağlı münaqişənin diplomatik yolla həlli məqsədi daşıyanTehran-Vaşinqton danışıqlarının növbəti raundu bu həftə Pakistanınpaytaxtı İslamabadda keçirilə bilər.
Trend xəbər verirki, bu barədə “Reuters” öz məlumatlı mənbələrinə istinadəninformasiya yayıb.
Qeyd edək ki, bundan əvvəl “Associated Press” də Vaşinqton vəTehrandan olan nümayəndə heyətləri arasında birbaşa danışıqlarınyeni raundunun bu həftə (cümə axşamı) keçirilə biləcəyini yazırdı.Bununla belə agentliyin bildirdiyinə görə Amerikaadministrasiyasının nümayəndələri eyni zamanda İslamabadaalternativ kimi danışıqların Cenevrə şəhərində də keçirilməsininəzərdən keçirir.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb.
Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq vədanışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,müvəqqəti atəşkəs barədə razılığa gəliblər.
11 apreldə ABŞ və İran arasında İslamabadda keçiriləndanışıqlarda razılaşma əldə olunmayıb.