Türkiyənin Şanlıurfa şəhərində liseydə silahlı hücum olub.
Milli.Az xəbər verir ki, Şanlıurfanın Siverek rayonundakı lisey silahlı şəxslərin hücumuna məruz qalıb. Hadisə nəticəsində bir neçə nəfər yaralanıb, əraziyə çox sayda tibb işçisi və xüsusi əməliyyat polisi göndərilib.
Məlumata görə, hadisəni şagird törədib. Məktəbin içərisində olan hücumçunun bəzi şagirdləri girov götürdüyü də iddia edilib.
Təhlükəsizlik qüvvələrinin şagirdlərin əksəriyyətini məktəbdən təxliyə etdiyi bildirilib.
Bölgədə hücumçunun zərərsizləşdirilməsi səyləri davam etsə də, 7 nəfərin yaralandığı bildirilib.
Fidan
Milli.Az
Məqaləyə dair fotomateriallar: