AZ

Cənub Qaz Dəhlizi Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini möhkəmləndirir AÇIQLAMA

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 14 aprel, AZƏRTAC

Yaxın Şərqdə baş verən hərbi əməliyyatlar dünya bazarında yanacağı qiymətinin artması ilə yanaşı, həm də böhrana səbəb olub. Qış aylarında bu böhran daha qabarıq şəkildə özünü göstərir. Lakin yanacaq, xüsusilə təbii qaz təkcə mənzillərin qızdırılması üçün istifadə olunmur. İstehsal və emal, sənayesi, maşınqayırma, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələrində təbii qaza böyük ehtiyac var.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı professor Ağarza Rüstəmov deyib.

Onun sözlərinə görə, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycan qazını dünya bazarına çıxarır. Lakin dünya bazarının tələbatını nəzərə alan Azərbaycan daha geniş infrastruktur layihələri həyata keçirərək qaz ixracında Avropanın yaxın və etibarlı tərəfdaşına çevrildi.

“Bu gün Cənub Qaz Dəhlizi Azərbaycan qazını Avropanın 14 ölkəsinə çatdırır ki, buna da düşünülmüş strateji xəttin həyata keçirilməsi ilə nail olunub. Cari ilin yanvar-mart aylarında ölkədə 12,6 milyard kubmetr təbii qaz hasil edilib. Hasil edilmiş qazın 3,5 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 6,9 milyard kubmetri “Şahdəniz”in, 0,4 milyard kubmetri “Abşeron” yatağının, 1,8 milyard kubmetri isə SOCAR-ın payına düşüb. Bu dövrdə xaricə qaz ixracı 6,5 milyard kubmetr təşkil edib. Bunun 3 milyard kubmetri Avropanın, 2,4 milyard kubmetri Türkiyənin, 0,8 milyard kubmetri Gürcüstanın, 0,3 milyard kubmetri isə Suriyanın payına düşüb. Azərbaycan hazırda Cənub Qaz Dəhlizinin genişləndirilməsi və interkonnektorların sayını artırmaq üzərində iş aparır ki, buna da Avropa İttifaqı dəstək verir. Bununla Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Cənub Qaz Dəhlizi Azərbaycanın, beynəlxalq aləmdəki mövqeyini möhkəmləndirir”, - deyə Ağarza Rüstəmov vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
1
azertag.az

2Mənbələr