AZ

Qubada günlük evdə biabırçılıq Cəmilə yuxarıda yatırdı, durub getdim yanına...

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Quba rayonunda istirahətə gedən qadın bir günlük kirayə tutduqları evdə döyülüb. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrın 22-də Quba şəhəri, Qəçrəş yolu massivində yerləşən fərdi evdə baş verib. Quba rayon sakini, 1996-cı il təvəllüdlü Rüstəm həmin gün səhər saat 8 radələrində aralarında yaranmış mübahisə zamanı Cəmilənin (adlar şərtidir – red.) sifət və bədəninin müxtəlif nahiyyələrindən əl ilə qəsdən vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Məlum olub ki, Cəmilə Bakının Yasamal rayonunda yaşayıb və Quba rayonuna Rüstəm ilə birlikdə istirahət etmək üçün yollanıb. Rüstəm ifadəsində göstərib ki, Cəmilə adlı xanımı bir ildir tanıyır, münasibətləri daima yaxşı olub:“Məlum hadisə günü, gecə saat 01:30-da Cəmilənin idarə etdiyi avtomobil ilə Quba şəhəri, Qəçrəş yolu

massivində yerləşən marketin arxasındakı günlük kirayə evə getdik. Mən həyətdə olan manqalı yandırdım. Birlikdə yemək yedik, spirtli içki qəbul etdik. Cəmilə səhər saatlarında yuxarı qalxaraq yatdı. Mən yuxarı mərtəbəyə qalxaraq çarpayıda onun yanında uzandım”. Təqsirləndirilən şəxs qeyd edib ki, bir qədər sonra Cəmilə yuxudan ayılıb: “Cəmilə niyə onun yanında yatdığımı irad bildirdi, məni nalayiq ifadələrlə təhqir etdi. Mən bu sözdən əsəbləşərək Cəmilənin qulaq nahiyyəsindən və sifətinin müxtəlif nahiyyələrindən şillə ilə vurdum, onun sinə və boğaz nahiyyələrindən əlim ilə tutaraq sıxdım. Mübahisə zamanı yanımızda heç kim olmayıb. Mübahisəmiz 2-3 dəqiqə davam etdi”.Faktla bağlı Rüstəmin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib və iş baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilib. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq edilib. Onun barəsində cinayət təqibinə Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.Fariz Məlikli

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
demokrat.az

1Mənbələr