AZ

​Fatih Terim “Qalatasaray”ın baş məşqçisi olacaq?

Doğma meydanda “Kocaelispor”a məğlub olaraq çempionluq uğrunda mübarizədə ağır yara alan “Qalatasaray”da istefa səsləri yüksəlməyə başlayıb.
Metbuat.az xəbər verir ki, azarkeşlər və sarı-qırmızılı kluba simpatiyası ilə tanınmış futbol mütəxəssisləri baş məşqçi Okan Buruku könüllü şəkildə vəzifədən getməyə səsləyib. “Qalatasaray”ın çempionatın 30-cu həftəsində “Gəňclərbirliyi” ilə rəqib meydanda keçiriləcək qarşılasmada xal itirəcəyi təqdirdə Okan Burukun istefaya göndəriləcəyi iddia olunur. 53 yaşlı Okan Burukun postunu tutmağa iki tanınmış məşqçinin şanslı olduğu bildirilir. Türkiyə mediası əsas namizəd kimi əfsanəvi futbol adamı Fatih Terimin və “Şaxtyor”un baş məşqçisi Arda Turanın adını hallandırır.

Avropa nəhəngləri “Atletiko Madrid”, “İnter” və “Yuventus”un maraq dairəsində olan Arda Turandan fərqli olaraq Fatih Terimin bu təklifə isti yanaşdığı bildirilir.

Seçilən
10
metbuat.az

1Mənbələr