AZ

78 ölkənin vətəndaşları Gürcüstandan çıxarılıb

Yazını böyüt
Yazını kiçilt

Miqrasiya Departamentinin əməkdaşları nazirliyin müvafiq bölmələri ilə sıx koordinasiyalı şəkildə son günlər keçirilən tədbirlər nəticəsində 78 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıblar.

Hafta.az yazır ki, Miqrasiya Departamenti tərəfindən keçirilmiş kompleks tədbirlər nəticəsində Gürcüstandan bu ölkələrin vətəndaşları çıxarılıb: Azərbaycan, Banqladeş, Belarus, Misir, Türkiyə, Yəmən, Hindistan, Kamerun, İndoneziya, Nigeriya, Pakistan, Rusiya, Somali, Çin və digər dövlətlərin ümumilikdə 78 vətəndaşı.

Mövcud qanunvericiliyə uyğun olaraq, Gürcüstandan çıxarılan şəxslərin yenidən ölkəyə daxul olmasına qadağa tətbiq edilib.

Seçilən
16
hafta.az

1Mənbələr