AZ

Azərbaycanda “Ədalətli İdman Ayı – 2026” elan olundu

Ümumdünya Antidopinq Agentliyi (WADA) 2026-cı il aprelin 17-ni dünyada Ədalətli İdman Günü elan edib.

Apasport.az xəbər verir ki, təmiz idman dəyərlərinə həsr olunan bu əlamətdar gün dopinqə qarşı qlobal mübarizənin gücləndirilməsi, idmançılar və idman ictimaiyyəti arasında maarifləndirmənin artırılması məqsədi daşıyır.

WADA-nın təşəbbüsünə qoşulan Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) isə 2026-cı il aprelin 15-dən mayın 15-dək olan dövrü ölkəmizdə “Ədalətli İdman Ayı” elan edib.

Bildirilib ki, bu il Ədalətli İdman Günü “Ədalətli yarış səndən başlayır” şüarı altında qeyd olunacaq. WADA rəqəmsal platformalarda geniş təbliğat aparılmasını tövsiyə edərək, paylaşımların #PlayTrueDay həştəqi ilə yayılmasına çağırıb.

“Ədalətli İdman Ayı – 2026” çərçivəsində AMADA tərəfindən sosial media kampaniyalarının təşkili, regionlarda maarifləndirici tədbirlərin keçirilməsi, təhsil müəssisələrində görüşlərin təşkil olunması və idman federasiyaları ilə əməkdaşlıq çərçivəsində müxtəlif layihələrin həyata keçirilməsi planlaşdırılır. Eyni zamanda ictimai təşviqat layihələrinin icrası da nəzərdə tutulur.

Qeyd edək ki, WADA 2014-cü ildən etibarən hər il aprel ayında Ədalətli İdman Gününü qeyd edir. Müxtəlif tarixlərdə keçirilən bu gün 2026-cı ildə aprelin 17-nə təsadüf edir və artıq 12 ildir ki, beynəlxalq səviyyədə geniş şəkildə qeyd olunur.

Millimizin üzvü oynadı, komandası məğlub oldu

Rəhim Həsənov: HAKİMİN QƏRARI YANLIŞDIR

Kritik matçın biletləri satışa çıxır: "Qarabağ" - "Sabah"

Qazaxıstana darmadağınla məğlub olduq: 2:9

"Göygöl" və "Şirvan"dan qələbə

Seçilən
17
13
apasport.az

10Mənbələr