Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda məktəbə silahlı hücum olub.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi məlumat yayıb.
Onun sözlərinə görə, məktəbə tüfənglə daxil olan şagirdin ətrafa atəş açması nəticəsində 18 nəfər yaralanıb.
Məlum olub ki, liseydə oxuyan şagird distant təhsilə keçirilib və o, bu vəziyyətə məktəbə silahlı hücum edərək reaksiya verib.