AZ

U-20-nin heyətində dəyişiklik edildi

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Fanat.Az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Əli Bəşirov zədə səbəbindən heyərdən çıxarılıb.

Onun əvəzinə heyətə “Qəbələ”nin oyunçusu Ariz Kərimov cəlb olunub.

Qeyd edək ki, U-20 aprelin 26-dək Qəbələdə hazırlıq keçəcək.

Seçilən
1
5
fanat.az

10Mənbələr