AZ

Fransadan dronlarla mübarizə üçün yeni üsul

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Paris, 14 aprel, AZƏRTAC

Fransa ordusu dronlarla mübarizə üçün yeni üsullardan istifadə edir. Artıq bu ölkənin yalnız “Rafale” qırıcıları və “Tigre” helikopterləri dronları vurmaq iqtidarında deyil, “MQ-9 Reaper” dronları da bu işi icra edə biləcək.

AZƏRTAC xəbər verir ki, əvvəlcə kəşfiyyat uçuşları üçün nəzərdə tutulan bu dronların 3 ay əvvəl “Hellfire” raketləri ilə təchiz edildiyi və indi onlardan dronlara qarşı ölümcül silah kimi istifadə olunduğu bildirilir.

Məlumata görə, Fransanın Silahlanma Baş İdarəsi və Hərbi Hava Ekspertizası Mərkəzinin dəstəyi ilə bu dronların sınağı həyata keçirilib və problemsiz olub. Bildirildiyinə görə, sınağın uğurlu nəticəsi gələcəkdə bu üsulun geniş tətbiqinə yol aça bilər. Bu metod həm ucuz başa gəlir, həm də pilotların həyatını riskə atmır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
1
azertag.az

2Mənbələr