AZ

Trampın kuryerlə dialoqu maraq doğurdu Bu qədər bəxşiş verdi

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Trampın Ağ Evdə ona yemək gətirən kuryer ilə yaşadığı dialoq böyük marağa səbəb olub.

Hadisə bazar ertəsi günorta saatlarında baş verib. Trampın sifariş etdiyi hamburgeri gətirən 70 yaşlı kuryer Şaron Simmons prezident tərəfindən şəxsən qarşılanıb. Onların arasında baş tutan söhbət diqqət çəkib.

Tramp xidmət sektorunda çalışanların gəlirləri ilə bağlı “bəxşiş vergisi” məsələsinə toxunub və bəxşişlərdən vergi tutulmamalı olduğunu  vurğulayıb. O, kuryeyə müraciətlə bildirib:“Bu səhnə süni görünmür, elə deyilmi? Bunların hamısı sənin sevdiklərindir. Eşitdiyimə görə, ötən il ödədiyin vergi səbəbilə qazandığın 11 min dollarlıq bəxşişdən məhrum qalmısan. Biz də məhz buna görə buradayıq”.

Söhbət zamanı Tramp kuryerə siyasi məzmunlu suallar da ünvanlayıb. “Kişilər qadın idman növlərində çıxış etməlidirmi?” sualına Şaron Simmons belə cavab verib:“Bu barədə heç bir fikrim yoxdur, mən sadəcə bəxşiş üçün buradayam”.

Görüşün sonunda Tramp kuryerə 100 dollar bəxşiş verərək jest edib.

Hadisə ictimaiyyətdə fərqli reaksiyalar doğurub. Bəzi istifadəçilər bunu xalqla yaxın ünsiyyət nümunəsi kimi qiymətləndirsə də, digərləri siyasi şou kimi dəyərləndirib. Digər tərəfdən, 70 yaşlı bir şəxsin hələ də işləmək məcburiyyətində qalması ABŞ-də sosial ədalət və pensiya sistemi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
azpolitika.info

1Mənbələr